IELTS / SAT Hazırlığı

XƏZƏR kurslarında IELTS və SAT dərsləri yüksək peşəkarlıq səviyyəsinə malik təcrübəli müəllimlər tərəfindən keçilir.

Dünyanın nüfuzlu universitetlərində  təhsil almaq üçün  müxtəlif  beynəlxalq imtahanlar tələb olunur. Bu imtahanlar ölkədən – ölkəyə, universitetdən – universitetə  fərqlənir. IELTS dünyanın aparıcı ingilis dili testidir. IELTS (International English Language Testing System) ünsiyyət dili ingiliscə olan bir ölkədə təhsil almaq və ya işləmək istəyən namizədlərin  dil bacarıqlarını ölçmək üçün tərtib edilmişdir.IELTS dünyanın bir çox universitetləri tərəfindən qəbul olunan beynəlxalq ingilis dilini təsdiq edən imtahandır. IELTS ingilis dili ana dili olmayan insanların bu dili bilmə səviyyəsini ölçmək üçün ən geniş yayılmış testlərdən hesab olunur. Əgər siz beynəlxalq səviyyəli təhsil almaq, yaxud xarici ölkələrdə işləmək istəyirsinizsə, sizdən IELTS-ın dil sertifikatı tələb olunacaq. Böyük Britaniya, Avstraliya, ABŞ, Avropa, Kanada və bir sıra başqa ölkələr universitetlərə qəbul zamanı digər sənədlərlə yanaşı məhz bu sertifikatı tələb edir. 

Dünyanın bir sıra nüfuzlu universitetlərində mövcud olan ixtisaslar  var ki, onlar özünəməxsus spesifik imtahanlar tələb edirlər. Bu imtahanlar xüsusi dərəcələrə və universitet reytinqinə görə dəyişə bilər. Belə ölkələrə Amerika Bişləşmiş Ştatlarında olan universitetləri nümunə göstərmək olar. Burada Bakalavr oxumaq üçün çox vaxt SAT imtahanı tələb olunur. SAT (Scholastic Aptitude Test)  Amerika Birləşmiş Ştatları və Kanadada bakalavr təhsili almaq istəyənlər üçün tələb olunur.  Amerikada bütün şagirdlər universitetə qəbul olunmaq üçün SAT imtahanı verirlər.

SAT testi iki formada təqdim olunur: SAT General/ SAT Ümumi testi və SAT subject / predmetli-yönəldilmiş.

SAT üç növü vardır: Yazı (writing), tənqidi oxuma (critical reading), Riyaziyyat (mathematics). Müddəti 5 ildir.

Uğur üçün doğru seçim!

Hal-hazırda Xəzər Kurslarının Həzi Aslanov, Bakıxanov və Neftçilər şöbələri fəaliyyət göstərir.

Sizə ən yaxın XƏZƏR kursunu seçin və zəng edin!
Bakıxanov filialı: (012) 480 46 90, (050) 228 33 04
Neftçilər filialı: (012) 480 49 13, (050) 228 33 05
H.Aslanov filialı: (012) 409 28 26, (050) 228 33 06 

Yüklənir